Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal birinciliyi davam edir.
Mayın 2-də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin (NHK) idman arenasında dördüncü turun oyunları keçirilib.
Yeddi komandanın iştirakı ilə keçirilən yarış dairəvi sistem üzrə keçirilir. Yeddinci turdan sonra pley-off mərhələsi başlayacaq. Turnir cədvəlində ilk dördlükdə qərarlaşan komandalar yarımfinalda iştirak edəcəklər. Daha sonra final və üçüncülük oyunlarının nəticələrinə uyğun olaraq qalib və mükafatçılar müəyyənləşəcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Naxçıvan Hərbi Kollecinin dəstəyi ilə təşkil olunan turnirin məqsədi tələbələr arasında sağlam həyat tərzinin təbliği, futzal idman növünə marağın artırılması, komandalar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və istedadlı idmançıların üzə çıxarılmasıdır.